Dow Jones indeksi 1,0%, S&P 500 1,0%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 1,0%, S&P 500 1,0%, Nasdaq 1,2% yüksəlib
# 17 oktyabr 2012 06:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 1,0% - 13 552 bəndədək, S&P 500 1,0% - 1 455 bəndədək, Nasdaq 1,2% - 3 101 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə müsbət göstəricilər təsir edib. O cümlədən, sənaye istehsalının həcmi sentyabr ayında aylıq müqayisədə 0,4% artıb, mənzil tikintisi sahəsində indeks oktyabrda 41 bəndə çatıb ki, bu da 2006-cı ilin iyun ayından sonra ən yüksək göstəricidir.

Avropa fond bazarlarında oktyabrın 16-da FTSE 100 indeksi 2,2% - 5 871 bəndədək, Almaniya DAX-ı 1,6% - 7 376 bəndədək, Fransa CAC-40-ı 2,4% - 3 501 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 752,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3088 (+0,9%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR