Sabirabadda əxlaqsızlıq yuvası aşkar edilib

Sabirabadda əxlaqsızlıq yuvası aşkar edilib
# 22 oktyabr 2012 10:18 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları əxlaqsız yuvası saxlayan şəxsi saxlayıblar. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsindən bildirilib.
Sabirabad rayonunun Xəlifəli kənd sakini, 1981-ci il təvəllüdlü Tahir Atabala oğlu Əzizovun yaşadığı kəndin ərazisində, avtomobil yolunun kənarında yerləşən şəxsi kafesində qadınları fahişəliyə cəlb edərək əxlaqsızlıq yuvası təşkil etməsi Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin kafedə Salyan və Sabirabad rayonundan olan qadınlar və kişilər saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR