«Aqrolizinq» nizamnamə kapitalını kəskin artırır

«Aqrolizinq» nizamnamə kapitalını kəskin artırır
# 02 aprel 2012 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Aqrolizinq» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 30,250 mln. ədəd, emissiyanın ümumi həcmi isə 60,5 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Aqrolizinq»in artıq aprel ayında yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə başa çatdıqdan sonra ASC-nin nizamnamə kapitalı 5 dəfə artaraq 75,520 mln. manata çatacaq.

Qeyd edək ki, «Aqrolizinq» ASC 2004-cü ildə yaradılıb. Hazırda şirkətin nizamnamə kapitalı 15,020 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR