Azərbaycanda pul bazası yanvarda kəskin azalıb

Azərbaycanda pul bazası yanvarda kəskin azalıb
# 07 fevral 2012 10:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2012-ci il fevralın 1-nə 7 601,5 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci il fevralın 1-nə nisbətən bu göstərici 1 640,9 mln. manat və ya 27,5% artıb.

Eyni zamanda, yanvar ayında pul bazası 673,9 mln. manat və ya 8,1% azalıb. Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir. İlin əvvəlindən pul bazasının azalması normaldır və hər il müşahidə olunur. Məsələn, 2011-ci ilin yanvarında azalma 6,8%, 2010-cu ilin yanvarında 6,2%, 2009-cu ilin yanvarında 10,1% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR