Pakistanda Azərbaycanın Respublika Günü qeyd olunub - FOTOSESSİYA

Pakistanda Azərbaycanın Respublika Günü qeyd olunub - <font color=red>FOTOSESSİYA</font>
# 25 may 2012 13:11 (UTC +04:00)
Bakı – APA. Mayın 24-də Pakistanın paytaxtı İslamabadın “Marriott” mehmanxanasında 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Pakistanın İnkişaf və İdarəetmə naziri Nazar Muhammad Qondal, daxili işlər naziri Rahman Malik, ticarət naziri Abbas Xan Afridi, Senatın sədr müavini Sabir Baloç, Milli Assambleyanın sədr müavini Faysal Kərim Kundi, baş nazirin müşaviri Tarik Marik, hakim Pakistan Xalq Partiyasının baş katibi Cahangir Bader, İslamabad şəhəri icra hakimiyyətinin sədri Tarik Pirzada, Xayber-Paxtunxva əyalətinin qubernatoru Səid Məsud Kosar, Pakistan Milli Assambleyasının sabiq sədri Qohar Əyyub Xan, senatorlar, Milli Assambleyanın deputatları, Pakistan ordusunun generalları və digər yüksək rütbəli zabitləri, Xarici İşlər Nazirliyinin idarə rəisləri, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, jurnalistlər, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar və Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

İnkişaf və idarəetmə naziri Nazar Muhammad Qondal Pakistanla Azərbaycanın hər zaman dostluq və qardaşlıq münasibətlərinə malik olduğunu qeyd edərək Pakistan hökuməti və xalqı adından Azərbaycan prezidentini və xalqını Respublika Günü münasibətilə təbrik edib, Azərbaycana firavanlıq, tərəqqi və əmin-amanlıq arzulayıb. Sonra Pakistanın daxili işlər naziri Rəhman Malik çıxış edib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov iki dost ölkə arasında dostluq münasibətlərindən danışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR