Gün ərzində Suriyada 80 nəfər qətlə yetirilib

Gün ərzində Suriyada 80 nəfər qətlə yetirilib
# 19 iyul 2012 02:51 (UTC +04:00)
Bakı-APA. İyulun 18-də Suriyada terror aktları və döyüşlər nəticəsində təxminən 80 nəfər həlak olub. Bu barədə Frans Press Suriya hüquq-müdafiə təşkilatlarına istinadən xəbər verir.

Məlumata görə, gün ərzində ölkədə 26 mülki şəxs, 43 hərbçi və 8 silahlı öldürülüb.

Ümumilikdə isə 2011-ci ilin martından etibarən Suriyada daxili münaqişə nəticəsində ölənlərin sayı 15 mini ötüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR