Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşımanın həcmi 21% azalıb
25 sentyabr 2012 07:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk səkkiz ayı ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşınması ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 7,5% artaraq 15,2 mln. ton olub.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə orta hesabla sutkada 683 vaqon yüklənib və 550 vaqon boşaldılıb: «Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 27,2 min ton, Qərb istiqaməti üzrə 6,4 min ton və Cənub istiqaməti üzrə 4,1 min ton yüklənmə işi yerinə yetirilib».
Yanvar-avqust aylarında dəmir yolu nəqliyyatında yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% artaraq 5 462,1 mln. ton/km təşkil edib.
Bununla yanaşı, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 856,2 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünə nisbətən 21,4% azdır. Bu dövr ərzində sərnişin dövriyyəsi 12,4% azalaraq 397,2 mln. sərnişin/km təşkil edib.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024