Britaniya parlamentinin üzvü xarici işlər naziri Uilyam Heyqi Azərbaycana səfər etməyə çağırıb

Britaniya parlamentinin üzvü xarici işlər naziri Uilyam Heyqi Azərbaycana səfər etməyə çağırıb
# 09 oktyabr 2012 13:26 (UTC +04:00)
Bakı-APA. Avropa Azərbaycan Cəmiyyəti (AAC) oktyabrın 7-də Mühafizəkarlar Partiyasının illik konfransı çərçivəsində Birmingemdəki “Hyatt Regency” otelində “Bakıdan Birminqemə” adlı qəbul təşkil edib. AAC-dan APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanla Böyük Britaniya arasında tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.

Tədbirə maraq güclü olduğundan otel işçiləri bəzi nümayəndələrin zalı tərk etməsində təkid ebiblər. Mühafizəkarlar Partiyasının 150 nümayəndəsinin AAC-ın Hökumətlərlə Əlaqələr Bölməsinin rəhbəri Leon Kuk çıxış edib:

“Böyük Britaniya hələ də Azərbaycana ən çox birbaşa xarici investisiya yatıran ölkədir və biz Xarici İşlər Nazirliyi və parlament üzvlərinin bu strateji əhəmiyyətli ölkə və regionla daha çox qarşılıqlı əməkdaşlığını görmək istəyirik. 2012-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, “Eurovision-2012" musiqi yarışmasında ev sahibliyi edib və hal-hazırda davam edən FIFA U-17 Qadınlararası Dünya Çempionatına ev sahibliyi edir”.

Parlamentin üzvü, enerji və iqlim dəyişikliyi naziri Qreq Barkerin şəxsi nümayəndəsi, Enerji və İqlim Dəyişikliyi üzrə xüsusi komitənin üzvü və Müsəlman Mühafizəkar Qadınlar Qrupunun təsisçisi Laura Sendis Azərbaycanın zəngin enerji resursları barədə ilk dəfə Bakı-Tiflis-Ceyhan neft kəməri və Səngəçal terminalı ilə tanış olarkən aldığını deyib: “2006-cı ildə istismara verilən bu kəmər Xəzərdə hasil edilən Azərbaycan neftini Türkiyə sahillərinə daşıyır. Azərbaycan təkcə Böyük Britaniya üçün yox, eyni zamanda bütün Qərb üçün çox əhəmiyyətli tərəfdaşdır. Azərbaycan və Xəzər hövzəsi enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır”.

Xanım Sendis Azərbaycanın geosiyasi baxımdan Qərblə dostluğundan söz açıb və Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı ticarətin önəmini vurğulayıb: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır, Azərbaycanda enerji sektoru ilə yanaşı digər önəmli sahələr də var. Ölkədə turizm inkişaf edir, gəzinti və xizək sürmək üçün böyük imkanlar var. Bakıda yeni möhtəşəm otellər var, ölkədə 5 minə yaxın britaniyalı çalışır.”

Parlamentin üzvü, Enerji və İqlim Dəyişikliyi üzrə xüsusi komitənin üzvü, Britaniya-Azərbaycan dostluq qrupunun rəhbəri Kristofer Pinçer isə hökumət üzvlərinin Azərbaycana səfər etməsinin vacibliyini vurğulayıb: “Yüksək rütbəli hökumət üzvləri bizim Bakı ilə əlaqələrimizə böyük önəm verdiyimizi göstərmək üçün Azərbaycana səyahət etməlidirlər. Xüsusilə düşünürəm ki, xarici işlər naziri Uilyam Heyqin bu ölkəyə səfəri çox faydalı olardı. Biz həmçinin qeyd etməliyik ki, Dağlıq Qarabağın və ətraf yeddi rayonun qonşu Ermənistan tərəfindən işğalına baxmayaraq Azərbaycan uğurlar qazanıb. Bu işğal nəticəsində 875,000 insan məcburi köçkün və qaçqına çevrilib və bu məsələ Azərbaycan xalqını narahat edir. Bu məsələnin diplomatik vasitələrlə qısa zamanda və sülh yolu ilə həll olunması çox vacibdir və Böyük Britaniya bu məsələdə Azərbaycanın mövqeyini aktiv dəstəkləməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR