Azərbaycan futzal yığması Rusiyaya məğlub olub

Azərbaycan futzal yığması Rusiyaya məğlub olub
# 28 mart 2012 09:05 (UTC +04:00)
Bakı – APA. Futzal üzrə Azərbaycan yığması dünya çempionatının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Apasport.az saytının xəbərinə görə, komandamız “Sərhədçi” Olimpiya Mərkəzində sonuncu Avropa çempionatının gümüş medalçısı Rusiya millisi ilə qarşılaşıb.

Qarşılaşmaya ciddi itkilərlə çıxan millimiz meydanı məğlub tərk edib. Fasiləyə 0:1 hesablı məğlubiyyətlə yollanan komandamız fasilədən sonra daha iki dəfə cəzalandırılıb. Buna baxmayaraq, son dəqiqələrdə toparlanan yığmamız hesab arasındakı fərqi azalda bilib. Əvvəlcə Kaka, ardınca isə Hacıyev fərqlənib – 2:3

Beləliklə, komandamız aprelin 9-da Tümendə baş tutacaq cavab oyununa komandamız məğlub hesabla yollanacaq.

AZƏRBAYCAN – RUSİYA - 2:3
QOLLAR: Kaka, 37; İlkin Hacıyev, 39 - İvan Milovanov, 13; Sergey Serqeyev,24; 30
Hakimlər: Borut Şiviç və Dejan Nikoliç (hər ikisi Sloveniya)
Bakı. “Sərhədçi” Olimpiya Mərkəzi
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR