Zaqatalada yanğın olub

Zaqatalada yanğın olub
# 13 sentyabr 2012 06:41 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi rayonun Aşağı Tala kənd sakini Ramazanov Zeynəddin Ramazan oğlunun yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 140 kv/m olan tövlədə qeydə alınıb.

Hadisə yerinə Zaqatala YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın nəticəsində tövlənin çardaq hissəsinin yanar konstruksiyası yanaraq yararsız hala düşüb. Tövlənin çardağında olan 5 ton quru ot bağlamasından 3 tonu yanğından mühafizə edilib. Faktla bağlı Zaqatala rayon YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR