İran “altılıq” ölkələri ilə Avropa dövlətlərində görüşməyi qəbul etməyib

İran “altılıq” ölkələri ilə Avropa dövlətlərində görüşməyi qəbul etməyib
# 06 aprel 2012 13:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran “altılıq” ölkələri ilə müzakirələrin keçirilməsi üçün təklif edilən üç Avropa ölkəsini qəbul etməyib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton görüş yeri olaraq, Norveç, İsveçrə və Avstriyanı təklif edib. Lakin İran hər 3 ölkədə də müzakirə masası arxasına oturmaq istəmədiyini bildirib. Hazırda İranla “altılıq” ölkələri arasında müzakirələrin keçirilməsi üçün görüş yerinin razılaşdırılması məqsədilə rəsmi müzakirələr davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR