«Bakı Ağ Şəhər»də Ofis Binasının tikintisinə başlanıb - FOTO

«Bakı Ağ Şəhər»də Ofis Binasının tikintisinə başlanıb - <font color=red>FOTO</font>
# 22 may 2012 14:26 (UTC +04:00)
Layihəni reallaşdıran «ADEC Azerbaijan Development Company» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Böyük Britaniyanın «Atkins» şirkəti tərəfindən layihələndirilmiş bu binanın əhəmiyyəti onun Nobel prospekti tərəfindən layihə ərazisinə olan giriş qapısı rolunu oynamağı ilə bağlıdır: «Bura həmçinin Nobel prospekti boyu canlı gəzinti məkanının başlanğıcı olacaq».

Ofis Binasına ofislər, ticarət məkanları və yaşayış yerləri daxildir. Binanın ucaldılacağı 2 hektar ərazi, həmçinin, Bakı Ağ Şəhər layihəsinin təməl daşının qoyulduğu kiçik meydanı da əhatə edəcək. Hündürlüyü 50 metr olan bu 10 mərtəbəli binanın ümumi sahəsi 20 min kv. metrdir.

Məlumatda bildirilir ki, müasir materialların istifadəsi sayəsində bina səlis bir görünüşə malik olacaq. Bakı Ağ Şəhər Ofis Binasında 9 müasir liftin qurulması və iki fasadlı səs və istilik izolyasiya sistemlərinin istifadəsi nəzərdə tutulur. Bundan əlavə, Bakı Ağ Şəhər Ofis Binasında 365 avtomobil üçün yeraltı və qonaq dayanacaqlarının yaradılması, yaşıllıq işlərinin aparılması və alternativ enerjinin alınması üçün gündəlik gücü 144,1 kVt olan günəş batareyalarının quraşdırılması nəzərdə tutulur ki, bu da layihənin ekolojı mənsubiyyətinin göstəricisidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR