Azərbaycan Sosial Demokrat Partiyasında həmsədrlik institutu ləğv edilib

Azərbaycan Sosial Demokrat Partiyasında həmsədrlik institutu ləğv edilib
# 30 iyun 2012 14:59 (UTC +04:00)
APA-nın məlumatına görə, qurultaya qonaq qismində qatılan Macarıstan, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Qazaxıstan, Belorusdan müttəfiq partiyaların rəhbərləri, o cümlədən “Sosintern”in MDB, Qara dəniz hövzəsi və Cənubi Qafqaz bölgəsi üzrə həmsədri Alexsandrasilla Dobolyi çıxış edib, ASDP-nin fəaliyyətinə uğurlar arzulayıblar.

Toplantıda Azərbaycan müxalifət partiyalarının rəhbərləri - Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Quruluş Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev çıxış edib, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə telefon vasitəsilə yığıncağa qoşularaq öz fikirlərini söyləyib.

Qurultayda Ukrayna prezidenti Viktor Yanukoviçə də müraciət edilib. Müraciətdə prezidentdən ölkədə həbsdə olan Sosial Demokrat Partiyasının üzvlərinin, o cümlədən siyasi məhbusların azadlığa buraxılması xahiş edilib.

Daha sonra ASDP həmsədri Araz Əlizadə hesabat xarakterli çıxış edib.

Qurultayda təşkilatı məsələlərə də baxılıb, Ayaz Mütəllibovun partiyadan çıxması və siyasətdən getməsi ilə əlaqədar həmsədrlik institutu ləğv edilib, partiya sədri və digər seçkili orqanlarına seçki keçirilib.

Araz Əlizadə ASDP-nin yeni sədri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR