Bakıda “Folklor və tarix” mövzusunda simpozium keçiriləcək

Bakıda “Folklor və tarix” mövzusunda simpozium keçiriləcək
# 29 oktyabr 2012 07:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor və Tarix İnstitutlarının birgə təşkilatçılığı ilə “Folklor və tarix” mövzusunda simpozium keçiriləcək. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə “Folklorda yaşayan tarix”, “Folklor tarixi qaynaqlara yardımçı vasitə kimi”, “Tarixi şəxsiyyətlər haqqında folklor nümunələrinin yaranma səbəbləri”, “Türk və Qafqaz xalqlarının tarixi və folklorunun qarşılıqlı əlaqəsi”, “Tarixin folklora təsiri və problemlər” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Tədbir noyabrın 20-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR