Ermənistanda intihar halları artır

Ermənistanda intihar halları artır
# 30 iyul 2012 14:37 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Ermənistanda özünə qəsd edən insanların sayı artır. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru Gevorq Poqosyan deyib. O bildirib ki, son illər ərzində intihar edənlərin 50%-ə yaxını 30-65 yaş arası kişilərdir. Ermənistanda 2009-cu ildə 498 nəfər, 2010-cu ildə 592 nəfər, 2011-ci ildə isə 647 nəfər özünə qəsd edib. Onların 56-57%-i işsizlər, 17-19%-i təqaüdçülərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR