Sabah «AzeriCard»ın fəaliyyəti müvəqqəti dayandırılacaq

Sabah «AzeriCard»ın fəaliyyəti müvəqqəti dayandırılacaq
# 10 oktyabr 2012 08:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Sabah Azərbaycanın «AzeriCard» Prosessinq Mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

Mərkəzdən «APA-Economics»ə verilən məlumata görə, sistemdə aparılacaq yenilənmə işləri ilə əlaqədar oktyabr ayının 11-də prosesinq mərkəzinin fəaliyyəti saat 01:00-dən 06:00-ya qədər dayandırılacaq.

Qeyd edək ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan «AzeriCard» Prosessinq Mərkəzi «MasterCard», «Visa» və «American Express» beynəlxalq ödəniş sistemləri tərəfindən tam sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hazırda Mərkəz Azərbaycanda (xaric də daxil olmaqla) 30 bankın 2 mln. ədəd bank kartına, 1 500 bankomatına və 30 minə yaxın elektron terminallarına xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR