Nuşirəvan Məhərrəmli: “Azərbaycanda yeni çəkilən seriallarda zövqsüzlük, bayağılıq, şitlik bizi qane etmir”

Nuşirəvan Məhərrəmli: “Azərbaycanda yeni çəkilən seriallarda zövqsüzlük, bayağılıq, şitlik bizi qane etmir”
# 13 sentyabr 2012 10:51 (UTC +04:00)
Bilirdik ki, ilkin mərhələdə bu sahədə problemlər olacaq. Amma görürük ki, mövcud seriallar əvvəlki seriallara nisbətən bir az irəlidədir. Azərbaycanda seriallarının keyfiyyəti tədricən daha da artacaq. Təəssüf ki, seriallardakı zövqsüzlük, bayağılıq, şitlik, insanları qane etməyən mövzulara toxunulması problemi hələ də qalır”. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasınının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, yeni çəkilən seriallarda daha çox şou, kriminal xarakterli mövzulara toxunulur: “Bunlar qaneedici deyil. İstərdik ki, hər hansı azərbaycanlı müəllimin, həkimin və ya mühəndisin ailəsi ətrafında tərbiyəvi xarakterli serilallar çəkilsin. Təbii ki, bu sahədə müəyyən işlər görülür, amma görüləcək işlər də çoxdur. Serialların mövzuları çox müzakirə olunur. Bəzən deyirlər ki, bu mövzular əvvəlcədən seçilsin. Amma biz bu işlə məşğul olan qurum deyilik. MTRŞ serialların əsas istiqamətlərini müəyyənləşdirir. Bu istiqamətlər ölkənin tarixi, ədəbiyyatı, coğrafiyası ilə, hərbi vətənpərvərliklə, milli-mənəvi dəyərlərlə bağlıdır. Bu istiqamətlərin içində kiçik mövzuları seçmək artıq telekanalların öz işidir. Hazırda serial bazarında böyük boşluq var. Ona görə də xüsusi mövzuların seçilməsinə hələlik ehtiyac yoxdur. Gələcəkdə bu sahədə ciddi problem yaranarsa, o zaman biz bu işə qarışarıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR