AXCP Ali Məclisinin sessiyası keçirilib

AXCP Ali Məclisinin sessiyası keçirilib
# 11 iyun 2012 14:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sessiyası keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 10-da Müsavat Partiyasının qərargahında keçirilən yığıncaqda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın fəaliyyət istiqamətləri ilə bağlı AXCP sədri Əli Kərimli çıxış edib. Ə. Kərimli iqtidarın siyasəti tənqid edib, o cümlədən müxalifət düşərgəsində İctimai Palatanın (İP) timsalında təmərküzləşmənin getdiyini xatırladıb. O, İP-in bir qüvvə kimi cəmiyyətdə və dünyada tanıda bildiyini söyləyib.
AXCP sədri demokratik dəyərlərin ölkədə tam bərqərar olması üçün daha geniş qüvvə və güclə mübarizə aparılmasının vacibliyini vurğulayıb.
Daha sonra Ali Məclis üzvləri çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR