“Həmas” liderinin Tehran sammitinə dəvət olunması narazılıq yaradıb

“Həmas” liderinin Tehran sammitinə dəvət olunması narazılıq yaradıb
# 27 avqust 2012 07:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Fələstin prezidenti, “Fəth” lideri Mahmud Abbasla yanaşı, Qəzzadakı “Həmas” hökumətinin baş naziri İsmayıl Haniyənin də İranın paytaxtı Tehran şəhərində keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI zirvə toplantısına qatılacağının açıqlanması narazılıq yaradıb.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, İran Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin baş direktoru Məhəmmədrza Furkani yaranmış gərginlikdən sonra İ. Haniyənin tədbirə dəvət olunmadığını bildirib. Ancaq “Həmas” hökuməti İ. Haniyənin sammitdə iştirak edəcəyini açıqlayıb.

Fələstinin baş naziri Salam Fayyad isə məsələyə kəskin reaksiya verib. Bu baxımdan bir müddət əvvəl sammitə qatılacağını açıqlayan Fələstin prezidenti Mahmud Abbasın qərarını nəzərdən keçirdiyi bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR