İsrail: İranın uranın zənginləşdirilməsini 20 %-lə məhdudlaşdırmasına razılaşma Tehranın hərbi nüvə proqramına davam etməsi deməkdir

İsrail: İranın uranın zənginləşdirilməsini 20 %-lə məhdudlaşdırmasına razılaşma Tehranın hərbi nüvə proqramına davam etməsi deməkdir
# 10 aprel 2012 00:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranla “altılıq” ölkələri arasında keçiriləcək müzakirələrdə Tehrana uranın zənginləşdirilməsini dayandırması üçün böyük təzyiqlər göstərilməlidir”. APA-nın məlumatına görə, bunu İsrailin müdafiə naziri Ehud Barak CNN telekanalına müsahibəsində deyib. O bildirib ki, “altılıq” ölkələrinin İranın uranın zənginləşdirilməsini 20 %-lə məhdudlaşdırmasına razılaşmaları Tehranın hərbi nüvə proqramına davam etməsi deməkdir: “İrana qarşı belə bir şərt sanksiyaların təsiri olmadan Tehranın nüvə proqramından geri çəkilməməsi deməkdir. “Altılıq” ölkələri İrana qarşı ciddi olmalı və bu ölkə nüvə proqramını dayandırana qədər sərt mövqe tutmalıdırlar”.
Qeyd edək ki, İran Atom Enerjisi Təşkilatının rəhbəri Firuddin Abbasi uranın zənginləşdirilməsini 20%-lə məhdudlaşdıracaqları barədə açıqlama verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR