Əbülfəs Qarayev Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

Əbülfəs Qarayev Fransanın  Azərbaycandakı səfiri ilə görüşüb
# 02 avqust 2012 12:21 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Mönieni qəbul edib. Nazirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Fransa arasında əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub, ikitərəfli münasibətlərin bütün sahələrdə, həmçinin mədəniyyət və turizm sahəsində inkişaf etməkdə olduğu bildirilib.

Görüş çərçəvəsində iki ölkə arasında münasibətlərin inkişafında Azərbaycan prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rolu xüsusi qeyd edilib.

Sonda Paskal Mönie Əbülfəs Qarayevə görüşə görə minnətdarlığını bildirib, nazir isə öz növbəsində səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR