Azərbaycanda qeyri-leqal məşğulluğun qarşısının alınması üzrə tədbirlər planı hazırlanacaq - FOTO

Azərbaycanda qeyri-leqal məşğulluğun qarşısının alınması üzrə tədbirlər planı hazırlanacaq - <font color=red>FOTO</font>
# 13 iyul 2012 12:51 (UTC +04:00)
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, təbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası, Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, bu ilin əvvəlinə olan statistik məlumata əsasən, Azərbaycanda 4,375 mln-dan çox məşğul əhalinin yalnız 1,381 mln. nəfərdən bir qədər çoxu, təxminən 31%-i muzdla, yəni əmək müqaviləsi əsasında işləyir. Konfransda qeyri-leqal məşğul işçilərin hüquqlarının qorunmasında həmkarlar təşkilatlarının rolu, qeyri-leqal məşğulluğun aradan qaldırılması və işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində sahibkarların vəzifələri, əmək bazarında qeyri-leqal məşğulluğun mövcud vəziyyəti müzakirə olunub.

Konfransın sonunda aparılan müzakirələrin yekunu olaraq qərar qəbul olunub. Qərarda qeyri-leqal məşğulluğun qarşısının alınması sahəsində tədbirlər planının hazırlanması və həyata keçirilməsinin əlaqələndirilməsi məqsədi ilə işçi qrupunun yaradılması, həmçinin işçi qrupu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Statistika Komitəsi arasında işəgötürənlər və işçi qüvvəsinin hərəkətinə dair operativ məlumat mübadiləsinin həyata keçirilməsi əksini tapıb. Qərara əsasən, Əmək Məcəlləsi, Vergi Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və digər normativ-hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, əmək statistikasına dair hesabat formalarının unifikasiyası və qeyri-leqal məşğulluqla bağlı məlumat sisteminin təkmilləşdirilməsi, tikinti sektorunda məlum iş həcminin yerinə yetirilməsi üçün işçilərin minimal say normasının müəyyən edilməsi və tətbiqi üzrə təkliflərin hazırlanmasının təmin edilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR