Bakı Slavyan Universitetində “MDB ölkələri ədəbiyyatının bədii tərcüməsinin aktual problemləri” mövzusunda beynəlxalq simpozium keçirilir

Bakı Slavyan Universitetində “MDB ölkələri ədəbiyyatının bədii tərcüməsinin aktual problemləri” mövzusunda beynəlxalq simpozium keçirilir
# 05 iyun 2012 09:24 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbir MDB ölkələri arasında Humanitar Əməkdaşlığa dair Dövlətlərarası Fondla birlikdə BSU və Moskva Dövlət Dilçilik Universiteti tərəfindən təşkil olunub.

Simpoziumun açılış mərasimində BSU rektoru Kamal Abdulla və MDDU rektoru İrina Xaleyeva çıxış ediblər. Kamal Abdulla rəhbərlik etdiyi universitetdə aparıcı dünya mətbuatının tərcüməsi üzrə peşəkar kadrların hazırlanması istiqamətində görülən işlər barədə danışıb və gənc tərcüməçilərin işlərinin toplandığı “İlk qələm təcrübələri” toplusunu nümayiş etdirib. İrina Xaleyeva MDB məkanında tərcümə işi ənənələrinin bərpasının zəruriliyindən danışıb və bu addımın ölkələr arasında humanitar əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcəyini deyib.

Təbdirin açılış mərasimində MDB İcra Komitəsinin sədri Sergey Lebedevin simpozium iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubda qeyd olunur ki, bu ilin oktyabrında Aşqabadda MDB ölkələri ali məktəblərinin tərəfdaşlıq münasibətləri əsasında Bədii Tərcümə Mərkəzinin yaradılması barədə qərar qəbul olunacağı gözlənilir. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da təbriki oxunub.

Qeyd edək ki, simpoziumun işində 100-dək alim və mütəxəssis iştirak edir. Simpozium öz işinə iyunun 7-də yekun vuracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR