ARDNŞ-la «KazMunayQaz» arasında keçirilən görüşdə şirkətlərarası təcrübə mübadiləsi forumunun keçirilməsi təklif olunub

ARDNŞ-la «KazMunayQaz» arasında keçirilən görüşdə şirkətlərarası təcrübə mübadiləsi forumunun keçirilməsi təklif olunub
# 26 oktyabr 2012 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) Qazaxıstanın «KazMunayQaz» Kəşfiyyat Hasilat Səhmdar Cəmiyyətinin personalın idarəedilməsi və inkişafı üzrə icraçı direktoru Botağoz Aşirbekova və böyük mühəndisi Oral İdırısovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, şirkətin insan resursları departamentinin rəisi Asif Bəkirli qonaqlara departamentin fəaliyyət istiqamətləri, vakansiyaların idarəedilməsi, seçim prosesi, təlim və inkişaf məsələləri, ARDNŞ-ın həyata keçirdiyi təqaüd və təhsil proqramları, işçilərin karyera inkişafı, motivasiyası və fəaliyyətin qiymətləndirməsi modulları kimi məsələlər haqqında məlumat verib,
Qazaxıstanlı qonaqlar ARDNŞ-ın müasir beynəlxalq şirkətlərin iş təcrübəsinə əsaslanaraq həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndiriblər. Görüşdə şirkətlərarası təcrübə mübadiləsi forumunun keçirilməsi təklif olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR