Dünya Bankının yeni regional direktoru Azərbaycanın hökumət rəsmiləri ilə görüşəcək

Dünya Bankının yeni regional direktoru Azərbaycanın hökumət rəsmiləri ilə görüşəcək
# 08 avqust 2012 08:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin Azərbaycana ilk rəsmi səfəri davam edir.

DB-nın Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, avqustun 10-dək Azərbaycanda səfərdə olacaq H.Kerali artıq Maliyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, həmçinin Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində görüşlər keçirib.

Tanışlıq xarakteri daşıyan səfər zamanı DB-nın rəsmisi həmçinin Azərbaycan Mərkəzi Bankı və İqtisadi İnkişaf Nazirliyində görüşlər keçirəcəyi də gözlənilir. Eyni zamanda, H.Kerali Azərbaycanın baş naziri Artur Rasizadə, baş nazirinin müavinləri Abid Şərifov və Əli Həsənov tərəfindən qəbul olunacaq.

H.Kerali həmçinin Şamaxı və Şəkidə olacaq və DB tərəfindən bu şəhərlərdə həyata keçirilən layihələrin gedişi ilə tanış olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR