AFFA Superkubok oyunu ilə bağlı Türkiyədən dəvət gözləyir

AFFA Superkubok oyunu ilə bağlı Türkiyədən dəvət gözləyir
# 25 may 2012 08:03 (UTC +04:00)
Bakı – APA. AFFA Türkiyə Superkuboku uğrunda “Qalatasaray” – “Fənərbaxça” oyununu Bakıda keçirilməsinə rəsmi mövqeyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, assosiasiyanın baş katibi Elxan Məmmədov bu məsələ ilə bağlı hələlik Türkiyə Futbol Federasiyasından rəsmi təklif almadıqlarını bildirib.

“Türkiyə Superkubokunun Bakıda keçirilməsi mövzusu haqda danışmaq hələ tezdir. Biz Türkiyə Futbol Federasiyasından gələcək bir dəvətdən sonra bu məsələni dəyərləndirə bilərik” – deyə, Məmmədov bildirib.

Qeyd edək ki, “Qalatasaray” son çempion, “Fənərbaxça” da kubokun sahibidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR