Bu gün “Rossiyskaya qazeta”nın redaksiyasında Azərbaycan və Ermənistan ziyalılarının növbəti görüşü keçiriləcək

Bu gün “Rossiyskaya qazeta”nın redaksiyasında Azərbaycan və Ermənistan ziyalılarının növbəti görüşü keçiriləcək
# 22 fevral 2012 09:38 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun “Rossiyskaya qazeta”da dərc olunmuş məqaləsində bildirilir.
Müəllif qeyd edir ki, bu, dörd illik fasilədən sonra iki xalqın ziyalıları arasında keçirilən ilk görüşdür: “Dörd illik fasilə təsadüfi ola bilməz. Diplomatik ünsiyyətdə belə fasilə qeydə alınmasa da, hər iki ölkənin mədəniyyət nazirləri, daha sonra ölkələrinin Rusiyada səfirləri olmuş Polad Bülbüloğlu və Armen Smbatyanın təşəbbüsü ilə başlanan humanitar dialoqu davam etdirmək mümkün olmayıb”.
“Bu gün kompromis zəiflik deyil, güc əlamətidir. İlk növbədə intellektual güc əlaməti. Humanitar səviyyədə dialoqun başlaması Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündən sonra mühüm impuls hesab oluna bilər”.
APA-nın məlumatına görə, görüşdə iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi açıqlanmasa da, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəylinin görüşdə iştirak edəcəyini öyrənmək mümkün olub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR