Azərbaycan Baş Prokurorluğu 1-ci kateqoriya dövlət orqanları siyahısına daxil edilib

Azərbaycan Baş Prokurorluğu 1-ci kateqoriya dövlət orqanları siyahısına daxil edilib
# 01 oktyabr 2012 13:52 (UTC +04:00)
APA-nın xəbərinə görə, Milli Məclisin bugünkü iclasında "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik olub. İndiyə qədər 1-ci kateqoriya dövlət orqanları siyahısına Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) Aparatı daxil idi.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu isə 2-ci kateqoriya dövlət orqanları siyahısına salınıb.

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu və Bakı şəhər Prokurorluğu 3-cü kateqoriya dövlət orqanları, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları isə 4-cü kateqoriya dövlət orqanları siyahısına daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR