Dünya Bankı: Yaxın illərdə Azərbaycanda ÜDM-in adambaşına həcmi 20 min dollara çatacaq

Dünya Bankı: Yaxın illərdə Azərbaycanda ÜDM-in adambaşına həcmi 20 min dollara çatacaq
# 24 oktyabr 2012 08:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın bir neçə il ərzində Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi 20 min ABŞ dolları həddinə çatacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Dünya Bankının ölkə üzrə sektor əlaqələndiricisi Raşmi Şankar bəyan edib.

R.Şankarın sözlərinə görə, ölkədə qeyri-neft sektorunun inkişafı buna imkan verir. O bildirib ki, hazırda Azərbaycanda tikinti sektoru sürətlə inkişaf edir, lakin digər sahələrin inkişafı və qeyri-neft sektorunda rəqabətin artması da vacibdir.

Qeyd edək ki, 2011-ci ilin yekunlarına görə, Azərbaycanda ÜDM-in adambaşına həcmi 7 003 dollara bərabər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR