Mahmud Əhmədinejad: “Dünyada mövcud olan işsizlik və yoxsulluqdan bütün millətlər narazıdır” - FOTO

Mahmud Əhmədinejad: “Dünyada mövcud olan işsizlik və yoxsulluqdan bütün millətlər narazıdır” - <font color=red>FOTO</font>
# 30 avqust 2012 11:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Şübhəsiz ki, bütün millətlər dünyanın hazırkı vəziyyətindən narazıdır”. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Mahmud Əhmədinejad Qoşulmama Hərəkatına üzv ölkələrin Tehranda keçirilən XVI zirvə toplantısında çıxışı zamanı deyib. O, sammitdə iştirak etdiyi üçün İranın ali dini lideri ayətullah Xamneyiyə və özündən əvvəl çıxış edən Misir prezidenti Məhəmməd Mursiyə təşəkkür edib: “Allahdan çox razıyam ki, belə bir zirvə toplantısı Tehranda keçirilir. İran xalqı adından sammitdə iştirak edən hər kəsə təşəkkür edirəm. Biz bir araya gələrək insanların daha təhlükəsiz gələcəyi üçün şərait yaratmalıyıq. Dünyada mövcud olan işsizlik və yoxsulluqdan bütün millətlər narazıdır. Yüz illər əvvəl də insanlar qul kimi işlədilirdi. Bu gün də insan əməyi istismar olunur. Əsas iqtisadi güc bir neçə dövlətin əlindədir”.

Qeyd edək ki, 120 ölkənin dövlət başçısının və nümayəndəsinin iştirak etdiyi zirvə toplantısı sabah işini yekunlaşdıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR