“Əl-Qaidə” liderlərindən biri Yəməndə məhv edilib

“Əl-Qaidə” liderlərindən biri Yəməndə məhv edilib
# 10 sentyabr 2012 21:54 (UTC +04:00)
Bakı-APA. “Əl-Qaidə” terror şəbəkəsinin Ərəbistan yarımadasındakı bölməsinin ikinci adamı olan Səid əş-Şəhri Yəməndə məhv edilib. Bu barədə Yəmənin müdafiə nazirliyi məlumat yayıb. Əslən Səudiyyə Ərəbistanının vətəndaşı olan Əş-Şəhri və şəbəkənin başqa 6 üzvü Yəmənin Hədrəmut əyalətində hərbçilər tərəfindən keçirilmiş xüsusi əməliyyatın gedişində öldürülüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR