Avropa Yayımları Birliyi mayın 2-də Azərbaycanda media azadlığına dair seminar təşkil edəcək

Avropa Yayımları Birliyi mayın 2-də Azərbaycanda media azadlığına dair seminar təşkil edəcək
# 02 aprel 2012 10:14 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Avropa Yayımlar Birliyi (EBU) Azərbaycanda media azadlığı haqqında debatları genişləndirir. APA-nın EBU-nun saytına istinadən yaydığı məlumata görə, media azadlığı ilə bağlı seminar mayın 2-də keçiriləcək. Xəbərdə bildirilir ki, «Eurovision-2012» mahnı müsabiqəsini Azərbaycanda keçirmək hüququ Azərbaycanın İctimai Televiziyası Eldar Qasımov və Nigar Camalın 2011-ci ilin may ayındakı qələbəsindən sonra verilib. Bu hadisə müsabiqəni qəbul edən ölkəni tanıtmaq, tamaşaçılar üçün nə ola biləcəyini göstərmək baxımından bir imkandır. Lakin müsabiqəni qəbul edən ölkənin etiraf etmək istəmədiyi bir sıra məsələlərə diqqəti cəmləşdirib. İnsan hüquqları müdafiəçiləri insan hüquqlarının yaxşı vəziyyətdə olmadığı ölkədə bu müsabiqənin keçirilməməsi ilə bağlı araşdırma aparıblar. Lakin eyni zamanda, QHT-lər müsabiqəni dəyişikliklər agenti, özlərinin maraqlarını müdafiə etmək üçün platforma kimi istifadə etmək potensialını etiraf edir. Bu məsələlərin hər biri EBU-nu ciddi narahat edir. Heç kim maraqların toqquşmasını təmsil etmir. Baxmayaraq ki EBU demokratiyanı və media azadlığını diqqətdə saxlayır, «Eurovision» mahnı müsabiqəsi xalqları bir-birinə dostluq yolu ilə rəqib edən mədəniyyət bayramı və beynəlxalq musiqi yarışmasıdır. Digər hadisələrdən fərqli olaraq onun gücü insanları və ölkələri bir araya gətirmək bacarığından ibarətdir. «Eurovision» mahnı müsabiqəsinin məqsədi Avropanı birləşdirmək və təbii ki yaxşı vaxt yaratmaqdan ibarətdir.

Müsbət dəyişikliyi tələb etmək məqsədi ilə başqaları üçün vasitəni yüngülləşdirməklə hər kəsə qalib gəlmək potensialı mövcuddur. Müsabiqənin keçirilməsi EBU-nun Azərbaycanın siyasi yanaşmasını qəbul etməsi ilə yozmamalıdır. EBU həmçinin özünün məhdudiyyət arasında işləyən jurnalistlərə göstərdiyi dəstəyi gücləndirmək üçün məqamdan yararlanmaq niyyətindədir. EBU digər ölkələrdə ki kimi Azərbaycanda da media azadlığı ilə bağlı fəal olub. 2010-cu ildə Ümumi Assambleyadan əvvəl, EBU Bakıda jurnalistlərin, bloggerlərin və azərbaycanlı rəsmilərin iştirak etdiyi yeni media dövrü ilə bağlı iki günlük seminar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR