Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq 0,1% yüksəlib
# 08 fevral 2012 07:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 12 878 bəndədək, S&P 500 0,2% - 1 347 bəndədək, Nasdaq 0,1% - 2 904 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına əsasən xarici amillər, o cümlədən Yunanıstanda borc böhranı ilə bağlı müəyyən irəlliləyişlər barədə məlumatlar təsir edib.

Avropa fond bazarlarında fevralın 7-də FTSE 100 indeksi 0,1% - 5 884 bəndədək, Almaniya DAX-ı 0,1% - 6 756 bəndədək enib, Fransa CAC-40-ı 0,2% - 3 410 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,4% artaraq 1 747,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3255 (+1,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR