Azərbaycan prezidenti İlham Əliyev Xorvatiyanın keçmiş prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Xorvatiyanın keçmiş prezidentini qəbul edib
# 28 iyun 2012 14:37 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 28-də Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib. APA-nın məlumatına görə, Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd edib. Xorvatiyalı qonaq Bakıda keçiriləcək Krans Montana Forumunun önəmini vurğulayıb. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR