Azərbaycan olimpiyaçıları Vətənə dönüblər - FOTOSESSİYA - VİDEO

Azərbaycan olimpiyaçıları Vətənə dönüblər - <font color=red>FOTOSESSİYA - VİDEO</font>
# 15 avqust 2012 07:01 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, nümayəndə heyətini gətirən təyyarə bu gün saat 07:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Medal sayında Azərbaycanın yeni rekorduna imza atan olimpiyaçılarımız qəhrəman kimi qarşılanıblar.

Hava limanına gələn yüzlərlə insanın əllərində mükafatçılarımızın şəkilləri, şüarlar olub. Milli geyimdə olan rəqqasələr milli musiqinin sədaları altında öz çıxışları ilə əsl bayram abı-havası yaradıblar.

Qarşılanmadan sonra olimpiyaçılarımız aeroportdan ayrılıblar. Daha sonra onlar Heydər Əliyevin abidəsini ziyarət ediblər. Olimpiya çempionlarımız Toğrul Əsgərovla Şərif Şərifov Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ehtiramlarını bildiriblər. Daha sonra nümayəndə heyəti və digər medal qazanan idmançılar abidə önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, Azərbaycan olimpiyaçıları Londonda 10 medal qazanıblar. Medallardan 2-si qızıl, 2-si gümüş, 6-sı bürüncdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR