Azərbaycan əhalisi nağd dollar alışını artırıb

Azərbaycan əhalisi nağd dollar alışını artırıb
# 02 iyul 2012 13:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ilin yanvar-aprel ayları ərzində banklar tərəfindən əhaliyə satılan nağd dollar kütləsinin həcmi 2 744 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 50,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd dolların məbləği son bir ildə 75,7% artaraq 785,6 mln. dollara çatıb.

Beləliklə, Azərbaycanda əhalinin nağd dolların alışı satışdan 3,5 dəfə çox olub. Azərbaycan əhalisinin nağd dollar alışının yüksək olması və ümumiyyətlə nağd dollarla əməliyyatlarının həcminin 1,5-1,8 dəfə artması bu valyutanın ölkə iqtisadiyyatında və pərakəndə hesablaşmalarda böyük rol oynadığını sübut edir.

Qeyd edək ki, Azərbaycanda əhali tərəfindən banklardan 2011-ci ildə orta hesabla hər ay 536,8 mln. nağd dollar alınıb və 162,2 mln. dollar satılıb. Bu ilin 4 ayı üzrə həmin göstəricilər müvafiq olaraq 686 mln. dollar və 196,4 mln. dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR