Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası taborunun NATO qiymətləndirməsi təlimi keçiriləcək

Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası taborunun NATO qiymətləndirməsi təlimi keçiriləcək
# 18 iyun 2012 07:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası taborunun (OCC) 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu gün başlayan qiymətləndirmə təlimi iyunun 24-də yekunlaşacaq. Təlim Bakı yaxınlığındakı hərbi hissədə keçirilir. NATO ekspertləri qiymətləndirmə nəticəsində rəy hazırlayaraq Azərbaycan tərəfinə təqdim edəcəklər.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən OCC taboru öncə bölük ştat-strukturunda yaradılıb. 2008-ci ildə bölüyünün I səviyyəli özünü-qiymətləndirməsi, eləcə də ABŞ, Türkiyə və NATO ekspertlərinin iştirakı ilə I səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçirilib. 2010-cu ilin avqustunda yaradılmış OCC taborunun I səviyyəli özünü qiymətləndirmə təlimi isə 2011-ci ilin oktyabr ayında NATO prosedurlarına uyğun olaraq keçirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR