WTI markalı neft yenidən bahalaşıb

WTI markalı neft yenidən bahalaşıb
# 08 fevral 2012 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,50 dollar və ya 0,5% artaraq 1 barelə görə 98,95 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, fevralın 7-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,22 dollar və ya 0,2% azalaraq 116,01 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR