Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyə və Xocalı faciəsini soyqırımı kimi tanıdığına görə Pakistana təşəkkür edib

Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyə və Xocalı faciəsini soyqırımı kimi tanıdığına görə Pakistana təşəkkür edib
# 28 fevral 2012 16:47 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Pakistan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb.

Prezident İ. Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycana verdiyi davamlı dəstəyə və Pakistan parlamentinin Xocalı faciəsini soyqırımı kimi tanımasına görə Pakistan İslam Respublikasına minnətdarlığını ifadə edib.

Dövlət başçısı əməkdaşlığı bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində daha da möhkəmləndirməyin önəmini vurğulayıb.

İqtisadi sahədə əməkdaşlığa toxunan prezident Azərbaycan-Pakistan Hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyətini intensivləşdirməyin zəruriliyini bildirib. O, Azərbaycanla Pakistanın beynəlxalq təşkilatlarda bir-birilərini daim dəstəkləməsini nümunə kimi dəyərləndirib.

Öz növbəsində, Mir Can Camali ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəyini bildirib. O, ölkələr arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi və parlamentlərarası əlaqələr sahəsində daha da genişləndirməyin zəruriliyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR