“Reuters”: Rusiya Suriya üçün yeni əsginaslar çap edir

“Reuters”: Rusiya Suriya üçün yeni əsginaslar çap edir
# 13 iyun 2012 14:26 (UTC +04:00)
Bakı – APA-Economics. Büdcə kəsirini aradan qaldıra bilməyən Suriya hökuməti yeni əsginaslar çap etməyə başlayıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, adının çəkilməsini istəməyən suriyalı bankirlər yeni pulların Rusiyada çap olunduğunu bildiriblər.

Artıq Suriyaya daxil olan yeni funtların ilk partiyası vətəndaşlara əmək haqlarının və digər müavinətlərin ödənilməsi üçün istifadə olunur. Suriya üçün pul çap edən şirkəti müəyyənləşdirmək isə mümkün olmayıb.

Qeyd edək ki, yeni əsginasların buraxılışı dövlətin öhdəliklərini bir müddət yerinə yetirməsinə imkan versə də, inflyasiyanın artmasına səbəb olur. Hazırda Suriyada qiymətlər ildə orta hesabla 30% artır. Buna səbəb ABŞ və Avropa ölkələri tərəfindən Bəşər Əsəd rejiminə tətbiq olunan beynəlxalq sanksiyalardır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR