Rumıniyada müxalifət lideri baş nazir təyin olunub

Rumıniyada müxalifət lideri baş nazir təyin olunub
# 28 aprel 2012 01:45 (UTC +04:00)
Bakı-APA. Rumıniya prezidenti Trayan Besesku müxalifət lideri Viktor Pontanı yeni baş nazir təyin edib. Bu barədə APA Frans Press-ə istinadən məlumat verir.

Dünən Rumıniya parlamenti Mixay Unquryanunun hökumətinə etimadsızlıq göstərib. Deputatların narazılığına səbəb hökumətin elan etdiyi geniş özəlləşdirmə proqramı olub.

Son 3 ayda artıq Rumıniyada ikinci hökumət istefa verir. Fevralın 6-da Emil Bokun hökuməti istefa verib. Bok Buxarestdə keçirilən hökumət əleyhinə mitinqlərin fonunda vəzifədən gedib. Paytaxt sakinləri büdcə xərclərinin azaldılmasına qarşı çıxış ediblər.

Rumıniya yoxsulluq səviyyəsinə görə Avropa Birliyinin Yunanıstandan sonra ikinci ölkəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR