BMT: Suriyada qarşıdurma nəticəsində həlak olanların sayı 9 mini keçib

BMT: Suriyada qarşıdurma nəticəsində həlak olanların sayı 9 mini keçib
# 27 mart 2012 18:48 (UTC +04:00)
Bakı-APA. Suriyada bir ildən çoxdur ki, davam edən qarşıdurma nəticəsində həlak olanların sayı 9 mini keçib. Həlak olanların əksəriyyəti dinc sakinlərdir. Bu barədə BMT baş katibinin Yaxın Şərqdəki xüsusi nümayəndəsi Robert Serri bəyan edib.

BMT-nin məlumatına görə, ölkədəki gərgin vəziyyət 200 minədək insanın ölkə daxilində yerini dəyişməsinə, 30 mindən çox adamın isə qonşu dövlətlərə köçməsinə səbəb olub.

Suriyada artıq bir ildən çoxdur ki, hökumət əleyhinə çıxışlar davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR