Əbülfəs Qarayev: “Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına dəstək verməyə hazırıq”

Əbülfəs Qarayev: “Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına dəstək verməyə hazırıq”
# 02 avqust 2012 15:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Düşünürəm ki, Azərbaycanda bütün sahələrdə çalışan insanların müxtəlif qurumlarda birləşmək, öz qarşılarına yeni məqsədlər qoymaq, yaradıcılıq proseslərinin gücləndirmək hüquqları var. Burda da heç bir qəbahət yoxdur. Biz bu ideyanı dəstəklədik. Düşünürük ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının işi səmərəli aparılacaq”. APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib.

Nazir Kinematoqrafçılar İttifaqının fəaliyyəti barədə də danışıb: “Heç kim o təşkilatın fəaliyyətini dayandırmayıb, onlara qadağa qoymayıb. Lakin düşünürəm ki, Azərbaycan kino xadimləri bu gün müasirliyə, yeniliyə və gələcək inkişafa daha böyük maraq göstərirlər. Ona görə də düşünürük ki, yeni yaradılmış qurumun fəaliyyəti uğurlu olacaq. Biz bu gün yeni yaradılan quruma dəstək verməyə hazırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR