Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 17 sentyabr 2012 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,69 dollar və ya 0,7% artaraq 1 barelə görə 99,00 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, sentyabrın 14-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,78 dollar və ya 0,7% artaraq 116,66 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR