«Bank Respublika»da əmanətlərin həcmi kəskin azalıb

«Bank Respublika»da əmanətlərin həcmi kəskin azalıb
# 18 may 2012 11:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin depozit portfelinin həcmi 2012-ci il aprelin 1-nə 175,397 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın müddətli depozitləri 19% artaraq 70,374 mln. manat, tələb olunanadək depozitlər 58% artaraq 105,023 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 25% azalaraq 63,120 mln. manat olub.

Bu müddət ərzində bankın kredit portfelinin həcmi 25% artaraq 184,034 mln. manat, o cümlədən istehlak kreditləri 55% artaraq 61,980 mln. manat, ipoteka kreditlərinin həcmi 25% artaraq 22,277 mln. manat, vaxtı keçmiş kreditlərin həcmi isə 3,086 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın kapitalında «25%+1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» təşkilatına məxsusdur. Cari ilin aprelin 1-nə bankın 33 filialı, 47 bankomatı, 296 POS-terminalı və 536 işçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR