Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolundan geniş istifadə etmək niyyətindədir

Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolundan geniş istifadə etmək niyyətindədir
# 17 oktyabr 2012 09:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Qazaxıstan öz məhsullarını Türkiyə və Avropaya göndərmək məqsədi ilə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək niyyətindədir. Bu barədə «APA-Economics»ə açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Serik Prembetov bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin Nəqliyyat Nazirlikləri arasında danışıqlar aparılır.

«Biz bu dəmir yolu vasitəsilə məhsullarımızı Türkiyə və Qərbi Avropaya nəql etmək niyyətindəyik», - deyən səfir qeyd edib ki, bu prosesə dəmir yolu xətti hazır olan kimi başlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR