İran nüvə probleminə dair Qərblə danışıqlara hazır olduğunu bəyan edib

İran nüvə probleminə dair Qərblə danışıqlara hazır olduğunu bəyan edib
# 14 oktyabr 2012 00:55 (UTC +04:00)
Bakı-APA. Tehran beynəlxalq ictimaiyyətin İranın nüvə probleminə dair narahatlığını azaltmaq üçün çeviklik göstərməyə və uranın zənginləşdirilməsinə dair danışıqlar aparmağa hazırdar. İranın Press TV telekanalı ölkənin XİN başçısının müavini Ramin Mehmanpərəstin sözlərinə istinadənn bu məlumatı yayıb.

Diplomatın sözlərinə görə, çevik mövqe İrana dinc atom proqramının ehtiyacları üçün zənginləşdirilmiş uran veriləcəyi söz verilərsə, nümayiş etdirilə bilər.

«Əgər İrana 20%-dək zənginləşdirilmiş uranın verilməsi barədə zəmanət verilsə, bizim nümayəndələrimiz uranın 20%-dək zənginləşdirilməsi barədə danışıqlar aparmağa hazırdırlar», deyə Mehmanpərəst bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR