Yunanıstanda Azərbaycan haqqında məqalə dərc edilib

Yunanıstanda Azərbaycan haqqında məqalə dərc edilib
# 07 noyabr 2012 13:34 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayevin bu ölkədə nəşr olunan “Politistiki Diplomatia” dərgisinin 2012-ci il oktyabr-noyabr buraxılışında “Azərbaycan – xalqları və qitələri birləşdirən” başlıqlı məqaləsi dərc edilib. APA-nın məlumatına görə, məqalədə Azərbaycanın regionda və beynəlxalq münasibətlərdə artmaqda olan mövqeyi, onun müstəqil, tarazlı və ardıcıl xarici siyasəti haqda söz açılır. Həmçinin məqalədə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin mühüm rolu, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi barəsində ətraflı məlumat verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR