Aydın İsmiyev: “Ermənistan davamlı olaraq beynəlxalq turizm sərgilərində Dağlıq Qarabağla bağlı xüsusi stend nümayiş etdirir”

Aydın İsmiyev: “Ermənistan davamlı olaraq beynəlxalq turizm sərgilərində Dağlıq Qarabağla bağlı xüsusi stend nümayiş etdirir”
# 05 noyabr 2012 13:00 (UTC +04:00)
Bunu Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin rəisi Aydın İsmiyev APA-nın sualına cavab olaraq bildirib.

A. İsmiyev deyib ki, qeyd edilən faktlarla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən müvafiq müraciətlər edilir. Eyni zamanda sərgilərin təşkil olunduğu ölkələrdəki səfirliklərə müraciət olunur, araşdırmalar aparılır: “Bu gün Londonda başlanan turizm sərgisində Azərbaycan 105 kvadratmetrlik ərazidə stendləri ilə təmsil olunur. Hazırda nümayəndələrimiz ordadır. Bu gün öyrənmişik ki, Ermənistan həmin sərgidə 7 turizm şirkəti ilə çıxış edir. Onlardan biri “Qarabağ” adlanır. Dərhal səfirliklə əlaqə saxladıq, onları məlumatlandırdıq. Güman edirəm ki, məsələ öz həllini tapacaq. Biz lazımi addımları atırıq. Yəqin ki, cəhdlərimiz nəticəsiz qalmayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR