Səfir Məmməd Əhmədzadə etimadnamələrini Paraqvay prezidentinə təqdim edib - FOTO

Səfir Məmməd Əhmədzadə etimadnamələrini Paraqvay prezidentinə təqdim edib - <font color=red>FOTO</font>
# 29 mart 2012 09:44 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə eyni zamanda Paraqvayda da akkreditə olunması ilə əlaqədar etimadnamələrini Paraqvay prezidenti Fernando Lugoya təqdim edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etimadnamələrin təqdimatından sonra Paraqvay dövlət başçısı ilə Azərbaycan səfiri arasında görüş keçirilib. Azərbaycan haqqında Paraqvay dövlət başçısına geniş məlumat çatdıran M. Əhmədzadə xüsusilə də ölkənin müstəqillik tarixi, Azərbaycanın əldə etdiyi uğurlar, regionun lider dövlətinə çevrilməsi, beynəlxalq nüfuzunun güclənməsi barədə danışıb.
Fernando Lugo isə Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan məmnunluğunu bildirib. Ölkəsinin də Azərbaycanla əməkdaşlığa maraq göstərdiyini vurğulayan Paraqvay dövlət başçısı bu məqsədlə mövcud imkanların araşdırılaraq qarşılıqlı maraq kəsb edən sahələrin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə regional təhlükəsizlik, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması prosesi, Azərbaycanın enerji strategiyası, regional əməkdaşlıq və inkişafdakı rolu haqqında geniş fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR